ANAMA Türkiyə-İran sərhədində 3 mindən çox mina aşkarlayıb

ANAMA Türkiyə-İran sərhədində 3 mindən çox mina aşkarlayıb
# 24 fevral 2019 16:06 (UTC +04:00)

Azərbaycan Respublikasının Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 70 əməliyyatçısı Türkiyə-İran sərhədində minatəmizləmə əməliyyatlarında iştirak edib.

Bu barədə ONA-ya ANAMA-nın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səbinə Sərkərova məlumat verib.

O qeyd edib ki, həyata keçirilmiş əməliyyatlar nəticəsində 10,5 ha ərazi təmizlənib, 3287 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR