Gürcüstanın xarici ticarət dövriyyəsi 16%-dən çox artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 16%-dən çox artıb
# 13 mart 2018 08:16 (UTC +04:00)

Cari ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 1 mlrd. 683,5 mln. dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% çoxdur.

Hesabat dövründə qonşu ölkənin ixracı 25,5% artaraq 446,4 mln. dollar, idxalı isə 13,3% artaraq 1 mlrd. 237,1 mln. dollar təşkil edib.

Ticarət dövriyyəsinin kəsri 790,7 mln. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR