Dövlət Komitəsinin sədri: “Hələ də insanların yanlış dini təsəvvürləri var”

Dövlət Komitəsinin sədri: “Hələ də insanların yanlış dini təsəvvürləri var”
# 24 iyul 2017 09:27 (UTC +04:00)

“Azərbaycanda yüzdən çox millət və etnik qrupların, azsaylı xalqların nümayəndələri yaşayır. Onlar öz ailə mədəniyyətlərini qoruyub saxlamaqla yanaşı, qarışıq nikahlar da qururlar”.

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği” mövzusunda konfransda çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, terrorizm əsasən savadsızlığın, ədalətsizliyin hökm sürdüyü cəmiyyətlərdə baş qaldırır: “Bundan daha çox qadınlar və uşaqlar əziyyət çəkirlər. Bütün bu problemlərin həllində ən yaxşı vasitə təhsil və düzgün maarifləndirmədir. Əfsuslar olsun ki, hələ də insanların təfəkküründə yanlış dini təsəvvürlər, stereotiplər var. Bəzi ortodoksal dini icmalar, sektalar isə bundan öz destruktiv fəaliyyətlərində istifadə edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR