СAR-da iki sərnişin qatarı toqquşub

СAR-da iki sərnişin qatarı toqquşub
# 24 oktyabr 2016 20:52 (UTC +04:00)

Bakı-APA. Cənubi-Afrika Respublikasında iki sərnişin qatarı toqquşub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza ölkənin şimal-şərq bölgəsində, Qautenq əyalətində baş verib.

İlkin məlumata əsasən, qəza nəticəsində 1 nəfər ölüb, 150-dək sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR