Ağsu sakinindən saxta pulla qoyun alan şəxs tutulub - YENİLƏNİB

Ağsu sakinindən saxta pulla qoyun alan şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB
# 28 mart 2018 16:32 (UTC +04:00)

Ağsu rayonunda heyvan bazarında saxta pulla qoyun alan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Ağarx kənd sakini Musayev İlyas Yaqub oğlundan Ağsu şəhərində yerləşən heyvan bazarında saxta 600 manat müqabilində 5 baş qoyun alan şəxsin Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Nəcəfov Bəhruz Əbil oğlu olduğu müəyyən edilib.

Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs Sumqayıtda saxlanılaraq Ağsuya aparılıb.

B. Nəcəfov ifadəsində saxta əskinasları Rusiya vətəndaşından, Dağıstan sakinindən aldığını deyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

***

15:52

Ağsu rayonunun Ağarx kənd sakini Musayev İlyas Yaqub oğlu Ağsu şəhərində yerləşən heyvan bazarında tanımadığı şəxsə 600 manat müqabilində 5 baş qoyun satıb.

APA-nın yerli bürosunun xəbərinə görə, İ. Musayev sonradan həmin pulun saxta olduğunu müəyyən edib və dərhal Ağsu rayon Polis Şöbəsinə məlumat verib.

Hazırda rayonun hüquq-mühafizə orqanları saxta pul əskinaslarını dövriyyəyə daxil edən şəxsin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR