Ailə üzvlərini qumbara ilə hədələyən Cəlilabad sakini tutulub

Ailə üzvlərini qumbara ilə hədələyən Cəlilabad sakini tutulub
# 21 sentyabr 2017 10:00 (UTC +04:00)

Ailə üzvlərini qumbara ilə hədələyən Cəlilabad sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 20-də Cəlilabad rayonunun Göytəpə şəhər sakini olan bir qadın Polis Bölməsinə müraciət edərək həmin gün əri Fərhad Cəfərov tərəfindən özünün və qızının döyüldüyünü, habelə qumbara ilə hədələndiyini bildirib.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən F. Cəfərovun evinə baxış zamanı oradan 1 ədəd “T-N-1” markalı qumbara aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR