Kriminal avtoritetin qətlində günahlandırılan azərbaycanlı Moskvada yaxalanıb

Kriminal avtoritetin qətlində günahlandırılan azərbaycanlı Moskvada yaxalanıb
# 02 iyun 2018 13:41 (UTC +04:00)

2012-ci ildə “Ded Xasan” ləqəbli məşhur kriminal lider Aslan Usoyanın yaxın adamlarından olan kriminal avtoritet İlqar Əliyevi qətlə yetirən killer Moskvada yaxalanıb.

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.

Killerin adı Talıbxanlı Hacıbaba Tahir oğludur. O, 1983-cü il təvəllüdlüdür və Azərbaycanda doğulub.

H. Talıbxanlı Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən mayın 31-də saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR