Kürdəmirdə yük maşını aşıb, sürücü xəsarət alıb

Kürdəmirdə yük maşını aşıb, sürücü xəsarət alıb
# 02 dekabr 2017 13:13 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu, Xırdapay kəndində "KamAZ" markalı yanacaqdaşıyan avtomobil aşıb.


APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR