Gəncə sakini qaynı tərəfindən bıçaqlanıb

Gəncə sakini qaynı tərəfindən bıçaqlanıb
# 28 iyul 2018 19:24 (UTC +04:00)

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1991-ci il təvəllüdlü Nizaməddin Firdovsi oğlu Məmmədov qarın nahiyəsinin daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, N. Məmmədov qaynı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR