Azərbaycan ərazisində havanın temperaturu 42 dərəcəyə yüksələcək - VİDEO

Azərbaycan ərazisində havanın temperaturu 42 dərəcəyə yüksələcək - <span style="color: red;">VİDEO
# 28 iyul 2015 10:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bakı və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin günəşli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, qərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi ərazilərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR