“Trabzonspor”la “Başakşəhər” 1/8 finala yüksəlib

“Trabzonspor”la “Başakşəhər” 1/8 finala yüksəlib
# 20 dekabr 2019 02:35 (UTC +04:00)

Türkiyə kubokunda 1/16 final mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində 5 matç baş tutub.

Super Liqanın iddialıları “Trabzonspor”la “Başakşəhər” cavab oyununda da qələbə qazanaraq 1/8 finala yüksəliblər. “Kayserispor”la “Dənizlispor” heç-heçə etsə də, ilk görüşdəki qələbə sayəsində mərhələ adlayıb.

“Bursaspor”la “Ərzurumspor”un duelində sonuncular tur adlayıb. Bursa təmsilçisi cavab oyununda qalib gəlsə də, bu, yetərli olmayıb.

Türkiyə kuboku
1/16 final, cavab oyunları
19 dekabr
“Manisa” – “Kayserispor” – 3:3

İlk oyun – 2:3

“Dənizlispor” – “Altinordu” – 2:2
İlk oyun – 5:3

“Başakşəhər” – “Hekimoğlu Trabzon” – 2:0
İlk oyun – 1:0

“Bursaspor” - “Ərzurumspor” – 2:1
İlk oyun – 2:4

“Trabzonspor” – “Altay” – 4:1
İlk oyun – 2:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR