AzTU-nun İctimai Şurasının iclası keçirilib

AzTU-nun İctimai Şurasının iclası keçirilib
# 13 yanvar 2017 12:54 (UTC +04:00)

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai Şurasının iclası keçirilib.

AzTU-dan APA-ya verilən məlumata görə, iclasda Şuranın sədri və katibi müəyyənləşib.

Professor Şahlar Əsgərov Şuranın sədri, əməkdar jurnalist Flora Xəlilzadə isə katib seçilib.

Qeyd edək ki, İctimai Şuraya Ş. Əsgərov və F. Xəlilzadə ilə yanaşı, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, AzTU-nun kafedra müdiri, professor Vaqif Mövlazadə, "APA Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova, MSK üzvü Şaiddin Əliyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, deputat Novruz Aslan, "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, "XXI əsr" Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Qafqazinfo" portalının rəhbəri Elbrus Seyfullayev və "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı daxildir.

Daha sonra Şura üzvlərinə AzTU-da aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında geniş məlumat verilib.

Universitetdə imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur da təşkil edilib.

Mediaturda Universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndələri iştirak edib.

Media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər. AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirib ki, universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir. Rektor əvəzinin sözlərinə görə, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb.

Tur zamanı Universitetin İnnovativ Təhsil və İKT departamenti ilə də tanışlıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR