Gürcüstanda həbsxanalarda saxlanılan Azərbaycan vətəndaşlarının sayı məlum olub

Gürcüstanda həbsxanalarda saxlanılan Azərbaycan vətəndaşlarının sayı məlum olub
# 05 aprel 2018 14:03 (UTC +04:00)

Gürcüstanda həbsxanalarda saxlanılan Azərbaycan vətəndaşlarının sayı 77 nəfərdir.

APA-nın yerli bürosunun Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu ilin fevral ayına olan məlumata əsasən, qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 27-si təqsirləndirilən şəxs, 50-si isə məhkumdur.

Təqsirləndirilənlərin hamısı kişi, məhkumların isə 46-sı kişi, 4-ü qadındır. Azərbaycan vətəndaşları Gürcüstanda həbs cəzası çəkən əcnəbilərin 16,4%-ni təşkil edir.

Gürcüstanda ümumilikdə 470 xarici ölkə vətəndaşı həbsdədir ki, onların da 120-si Türkiyə vətəndaşıdır.

Qonşu ölkənin həbsxanalarında saxlanılan Rusiya vətəndaşlarının sayı 55, İran vətəndaşlarının sayı 48, Ermənistan vətəndaşlarının sayı isə 29 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR