“İnter”in futbolçusu “Qarabağ”a keçir

“İnter”in futbolçusu “Qarabağ”a keçir
# 05 yanvar 2017 13:47 (UTC +04:00)

“İnter”in hücumçusu Ağabala Ramazanov karyerasını “Qarabağ”da davam etdirəcək. Bu barədə apasport.az saytına milli komandamızın üzvünün qardaşı Zaur Ramazanov məlumat verib.

O bildirib ki, tərəflər arasında artıq hərtərəfli razılıq əldə edilib: “Mən Ağabalanın “Neftçi”yə keçəcəyini gözləyirdim. Sonra o özü mənə zəng vurub soruşdu ki, “Qarabağ”dan təklif var, nə edim? Mən də dedim ki, keç, Allah xeyir versin”.

Ramazanov qardaşının “Qarabağ”la il yarımlıq müqavilə imzalayacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR