"Şərq Tərəfdaşlığı" ölkələri XİN rəhbərlərinin görüşünün vaxtı açıqlanıb

"Şərq Tərəfdaşlığı" ölkələri XİN rəhbərlərinin görüşünün vaxtı açıqlanıb
# 16 iyul 2018 16:59 (UTC +04:00)

“Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin XİN rəhbərləri səviyyəsində növbəti görüş oktyabrın 15-də keçiriləcək”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini deyib.

Qeyd edək ki, Aİ-nin 6 qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramına 2009-cu ildə start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR