Gömrükçülər səkkiz ədəd mobil telefon müsadirə edib

Gömrükçülər səkkiz ədəd mobil telefon müsadirə edib
# 11 oktyabr 2016 11:00 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində gömrük yoxlaması aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin əynindəki pencəyin ciblərindən 8 ədəd "Samsung Galaxy Grand Prime" markalı mobil telefon, 8 ədəd qidalandırıcı element və 8 ədəd adapter başlığı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR