Gürcüstanın şaftalı ixracının 14%-i Azərbaycanın payına düşür

Gürcüstanın şaftalı ixracının 14%-i Azərbaycanın payına düşür
# 26 iyul 2017 12:18 (UTC +04:00)

Cari ilin iyul ayının 24-ə olan məlumata əsasən, Gürcüstandan 5,853 min ton şaftalı ixrac olunub. "APA-Economics" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda deyilir.

Ötən ilin analoji dövrü ilə müqayisədə şaftalı ixracı 44% artıb.

Ümumilikdə ixrac olunan şaftalının dəyəri 2,2 mln. dollar təşkil edir.

Statistik rəqəmlərin təhlili göstərir ki, ixracın 76%-i Rusiyanın, 14%-i Azərbaycanın, 4% Qazaxıstanın payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR