Deputat: “Tütünlə bağlı məhdudlaşdırıcı qanunda həllini tapmayan məsələlər çoxdur”

Deputat: “Tütünlə bağlı məhdudlaşdırıcı qanunda həllini tapmayan məsələlər çoxdur”
# 01 dekabr 2017 09:39 (UTC +04:00)

“Tütünlə bağlı məhdudlaşdırıcı qanun layihəsinin qəbulunun tərəfdarıyam. Amma burada həllini tapmayan məsələlər çoxdur. Qanunda hansı formada açıq və qapalı yerlərdə tütün məmulatlarından istifadə olunacağı müəyyənləşməyib”.

APA-nın məlumatına görə, görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov qanun layihəsinin müzakirəsi zamanı etdiyi çıxışında deyib.


Onun sözlərinə görə, açıq yer dedikdə uşaq bağçasının önü, məktəbin yaxınlığı da nəzərdə tutula bilər: “Biz bu yerlərdə siqaret çəkilməsinin qadağan edilməsini nəzərdə tutsaq da, insanlar qanunda nəzərdə tutulan açıq yerlər ifadəsindən istifadə edib, bu yerlərdə siqaret çəkə bilərlər: “Misal üçün kimlərsə restoranların qarşısında düzülən stollarda da siqaretdən istifadə edə bilər. Amma biz oradan keçən azyaşlı, ağsaqqal və qadınlara siqaret tüstüsünün necə təsir etməsini fikirləşməliyik. Bu baxımdan hesab edirəm ki, restoranların özləri siqaret çəkmək üçün yerlər müəyyənləşdirməlidir. Biz tütünçülüyün inkişafı ilə bağlı qərarlar qəbul edirik. Amma bir tərəfdən də tütündən istifadəni məhdudlaşdırırıq. Təbii ki, vətəndaşımızın sağlamlığı vacibdir. Amma bu məsələni elə müəyyənləşdirməliyik ki, büdcəyə də ziyan dəyməsin. Azərbaycana turist axını başlayıb. Onların hər biri öz mədəniyyətini göstərir. Ölkəmizə gələnlər arasında ərəblərin sayı çoxalıb. Ərəblərin sulu qəlyan və ya tütünlə bağlı hər hansı istək-arzusu varsa və restoranlar da bunu həyata keçirmək istəyirsə, buna yol vermək olmaz. Belə olan halda, sulu qəlyandan istifadə etmək istəyənlər üçün də ayrıca yerlər ayrılmalıdır. Ümumiyyətlə, istənilən məsələ də qanunun aliliyi qorunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR