Koreya və Azərbaycan arasındakı diplomatik əlaqələrin 25 illiyi münasibətilə qəbul keçirilib

Koreya və Azərbaycan arasındakı diplomatik əlaqələrin 25 illiyi münasibətilə qəbul keçirilib
# 11 sentyabr 2017 09:42 (UTC +04:00)

Bu gün Koreya və Azərbaycan arasındakı diplomatik əlaqələrin 25-ci ildönümü münasibətilə səfirlikdə qəbul keçirilib.

APA-nın xəbərinə görə, qəbulda iştirak edən səfir müavini Kvon Donq-sok deyib ki, iki ölkənin münasibətlərində 25 ildə böyük irəliləyiş əldə edilib və əməkdaşlığın daha da inkişaf etdirilməsi arzulanır: "Ölkələrimiz arasında əlaqələrin inkişafının əsas göstəricilərindən biri də Azərbaycanda çoxlu Koreya şirkətinin fəaliyyət göstərməsidir. Təbii ki, əməkdaşlığımızın yüksək səviyyədə olmadığı sahələr də var və həmin sahələrin inkişafı üçün çalışırıq".

Kvon Donq-sok qeyd edib ki, ildönümü münasibətilə məcburi köçkünlərə dəstək, Koreya-Azərbaycan Birgə Ənənəvi Musiqi Konserti, Taekvando Yarışı, Koreya-Azərbaycan Birgə Rəsm Sərgisi və Koreya Mətbəxi Festivalı kimi müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Səfir müavini deyib ki, sentyabrın 17-də Heydər Əliyev sarayında Koreyanın 80-ə yaxın məşhur incəsənət xadimi və taekvando ustasının iştirakı ilə konsert proqramı keçiriləcək: "Tədbir Koreya musiqisi ilə Azərbaycan musiqisinin harmoniyasına həsr olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR