Gəncədə iki nəfər sirkə turşusundan zəhərlənib

Gəncədə iki nəfər sirkə turşusundan zəhərlənib
# 29 iyul 2015 09:16 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Azərbaycanın Gəncə şəhərində iki nəfər sirkə turşusundan zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakinləri - 1986-cı il təvəllüdlü Hökümə Baxışova və 1967-ci il təvəllüdlü Çingiz Abdullayev sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Zəhərlənən şəxslərin intihara cəhd edib-etmədikləri dəqiqləşdirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR