Dövlət Sərhəd Xidməti Akademiyası məzunlarının təntənəli buraxılış mərasimi keçirilib - FOTOSESSİYA

Dövlət Sərhəd Xidməti Akademiyası məzunlarının təntənəli buraxılış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 15 iyul 2015 06:49 (UTC +04:00)

APA-nın məlumatına görə, mərasimdə DSX komandanlığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.

Dövlət himninin oxunması ilə başlanan mərasimdə 131 məzuna diplomlar təqdim olunub, gənc zabitlər “Sərhədçi andı” içiblər.

Mərasimdə çıxış edən DSX Akademiyasının rəisi, general-mayor Araz Məmmədov bildirib ki, hər bir təhsil müəssisəsində buraxılış mərasimi həm təhsil müəssisəsinin həyatında, həm də məzunların həyatında əlamətdar hadisədir: “Gənc zabitləri sərhədlərin mühafizəsinə yola salırıq. Bu münasibətlə məzunları və valideynləri təbrik edirəm. Məzunlar Akademiyada yüksək təhsil alıb, silah və sursatın sirlərini öyrənib, peşəkar zabit kimi formalaşıblar. Əlamətdar haldır ki, bu il ilk dəfə məzunlar sırasında dənizçi və aviasiya ixtisaslı zabitlər də var. Əminəm ki, gənc zabitlər uzun illər sərhədlərimizi mühafizə edəcək, içdikləri anda sadiq qalacaqlar”.

DSX rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev çıxışında bildirib ki, Dövlət Bayrağı Meydanında yenilməz sərhədçi keyfiyyətinin daşıyıcıları olan gənc zabitləri təbrik edir: “İnanıram ki, sərhədlərimizin mühafizəsi işini əzmlə təşkil edəcəksiniz. Çünki məramımız toxunulmaz sərhəd, əqidəmiz dövlətçiliyə, Ali Baş Komandana sədaqətdir”.

Daha sonra gənc zabitlər təntənəli marşla tribunanın önündən keçiblər.

Mərasimdən sonra gənc zabitlər Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR