Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycanın Niderlanddakı səfirliyində yoxlamalar başa çatıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycanın Niderlanddakı səfirliyində yoxlamalar başa çatıb
# 15 iyul 2015 15:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, kollegiya iclasında dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə və dövlət büdcəsindən Azərbaycanın Niderland Krallığındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Xarici İşlər Nazirliyinə və Azərbaycanın Niderland Krallığındakı səfirliyinə göndərilməsi qərara alınıb. Qərar qəbul edilmiş audit tədbirlərinin nəticələri barədə məlumatlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim ediləcək.

Kollegiya iclasında iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları da təsdiqlənib. Bir sıra cari məsələlər, o cümlədən Hesablama Palatasının 2015-ci ilin 6 ay üzrə fəaliyyətinin nəticələri ilə bağlı məlumat kollegiya iclasında müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR