Paşha Bank
Bank Of Baku

Autizmli uşaqları böyüdən qadınlar üçün layihəyə start verilib

Autizmli uşaqları böyüdən qadınlar üçün layihəyə start verilib
# 31 yanvar 2022 14:51 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin dəstəyi və “Birgə və sağlam” İctimai Birliyinin təşəbbüsü ilə “Birgə və Sağlam” layihəsinə start verilib.

Agentlikdən APA-ya verilən məlumata görə, layihənin məqsədi autizmli uşaqları böyüdən qadınların asudə vaxtlarının daha səmərəli keçirilməsinə şərait yaratmaq və məşğulluq imkanlarını genişləndirməkdir.

Layihə çərçivəsində iştirakçılar özünüməşğulluq proqramına cəlb edilərək təlimlərdə iştirak edəcək. Sonra isə uğurlu biznes plan tərtib edən qadınlara Dövlət Məşğulluq Agentliyi tərəfindən müxtəlif zərflər üzrə aktivlər təqdim ediləcək.

Aktivlərlə təmin ediləcək şəxslərin fəaliyyət göstərməsi üçün “Birgə və sağlam” İctimai Birliyi tərəfindən xüsusi yer ayrılacaq.

Artıq layihə iştirakçılarının seçimi aparılıb və yaxın zamanda təlimlərə start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR