"Aztech and Tegeta Motors" "BakuBus"ı 300-dən artıq təkərlə təmin edəcək

"Aztech and Tegeta Motors" "BakuBus"ı 300-dən artıq təkərlə təmin edəcək
# 18 oktyabr 2017 09:57 (UTC +04:00)

"BakuBus" MMC tərəfindən Lot 1: 302 ədəd "Iveco" markalı avtobuslara (151 ədəd "Iveco Crealis" və 151 ədəd "Iveco Urbanway") tələb olunan 275/70R22.5 ölçüdə 1000 ədəd təkərlərin satın alınması məqsədi ilə keçirilmiş açıq tender prosedurlarında iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib.


"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, tenderin nəticələri haqqında komissiyanın 02.10.2017-ci il tarixli yekun protokoluna əsasən "Aztech and Tegeta Motors" MMC qalib elan edilib. Adıçəkilən təşkilatla oktyabr ayının 5-də müvafiq satınalma müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR