İsrail aviasiyası Suriyaya zərbə endirib

İsrail aviasiyası Suriyaya zərbə endirib
# 23 iyul 2018 03:44 (UTC +04:00)

İsrail aviasiyası Suriyanın Masyaf şəhərindəki hərbi obyektə zərbə endirib. APA-nın xəbərinə görə, bu barədə SANA dövlət milli informasiya agentliyi məlumat yayıb.

“Hücumun hədəfi Masyaf şəhərindəki hərbi obyekt olub. Zərbə nəticəsində yalnız maddi ziyan dəyib, insanlar arasında itki qeydə alınmayıb”, - deyə məlumatda bildirilir.

İsrail ordusu mütəmadi olaraq qonşu Suriyanın ərazisinə zərbələr endirir. İsrail bundan əvvəl iyulun 16-da Suriya ordusunun Neyrabdakı aviabazasına zərbələr endirib, ölən olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR