Polisə işə düzəltmək adı ilə dələduzluq edən qadın məhkəmə zalında həbs edilib

Polisə işə düzəltmək adı ilə dələduzluq edən qadın məhkəmə zalında həbs edilib
# 13 aprel 2017 10:43 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mehparə Kazımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Tarif Nəsirov müdafiə çıxışı edərək, M. Kazımova şərti cəza verilməsini xahiş edib.

Məhkəmə Kollegiyası müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, M. Kazımova 7 il müddətində azadlıqdan məhrum edilib və onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, M. Kazımova bir nəfəri polisə düzəldəcəyini deyərək, ondan 38 min manat pul alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR