Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 28 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 28 Dekabr
# 28 dekabr 2016 17:20 (UTC +04:00)

"Fərat qalxanı" əməliyyatının real nəticəsi budur - Türkiyə Suriyanın gələcəyinə dair danışıqlarda söz sahibi kimi qəbul olunur. Bu reallığı diktə edən şərt təkcə Suriyada aparılan əməliyyat da deyil, əsas faktor həm də Rusiyanın bunu istəməsidir. Ankara və Moskva arasında yaxınlaşma Suriya münaqişəsinin sonunu yaxınlaşdırıb. Əməkdaşlığın ilk nəticəsi Hələbdə atəşkəsə nail olunması idi, ikinci nəticə El-Babda keçirilən əməliyyata Rusiyanın havadan və qurudan dəstək verməsidir. Ən nəhayət Türkiyə və Rusiya davamlı atəşkəs rejiminin tətbiqinə dair razılaşma əldə olunduğunu açıqlayıblar. Atəşkəsə dair danışıqların indi deyil, gələn ay keçirilməsinin səbəbini isə yalnız təxmin etmək olar. Bu, çox güman ki, El-Bab əməliyyatı ilə bağlıdır, tərəflər atəşkəs danışıqlarına bu qəsəbə İŞİD-dən tam təmizləndikdən sonra başlamaq niyyətindədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR