“Bank Nikoil” aktivlərini azaldıb

 “Bank Nikoil” aktivlərini azaldıb
# 13 yanvar 2017 15:00 (UTC +04:00)

2016-cı ilin IV rübündə “Bank Nikoil”in aktivlərinin həcmi 439,726 mln. manat təşkil edib ki, bu da ötən ilin III rübü ilə müqayisədə 18,13% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müqayisə olunan dövrdə bankın kredit portfeli 4,46% azalaraq 340,278 mln. manat olub.

Hesabat dövründə bankın depozit portfeli 21,55% azalaraq 263,308 mln. manat təşkil edib.

“Bank Nikoil”in məcmu kapitalı 3,09% artaraq 52,280 mln. manat təşkil edib. Nizamnamə kapitalı isə dəyişməyərək 184,500 mln. manat qalıb.

Bu il yanvarın 1-nə bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 7,16 dəfə azalaraq 108,169 mln. manat olub. Xərclər isə 7,29 dəfə azalaraq 58,189 mln. manata çatıb.

Ümumilikdə, 2016-cı ili bank 152,176 mln. manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR