Bu il xaricdə valideyn himayəsindən məhrum Azərbaycan vətəndaşı olan uşaqların sayı açıqlanıb

Bu il xaricdə valideyn himayəsindən məhrum Azərbaycan vətəndaşı olan uşaqların sayı açıqlanıb
# 20 dekabr 2019 15:34 (UTC +04:00)

Bu il xaricdə valideyn himayəsindən məhrum qalan Azərbaycan vətəndaşı olan uşaqların sayı açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatında bildirilir.

Hesabata əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan ölkə hüdudlarından kənarda valideyn himayəsindən məhrum qalan uşaqlar barəsində xarici dövlətlərin səlahiyyətli orqanlarından bir başa və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsi ilə Komitəyə 01.01.2019-cu il tarixdən 25.12.2019-cu il tarixədək 29 məlumat daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR