Bu gün İraqda hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
APA-nın xəbərinə görə, bu barədə “El Nashra” portalı məlumat yayıb.
Hadisə Anbar vilayətində baş verib.
Bildirilib ki, ABŞ-a məxsus təyyarədə 4 nəfər olub, onların hamısı ölüb.
Qəzaya uğrayan “C-27J Spartan” hərbi nəqliyyat təyyarəsi İtaliya və ABŞ-ın birgə istehsalıdır.