Rusiyanın beynəlxalq ehtiyatları bir həftə ərzində 2,6 milyard dollar azalıb

Rusiyanın beynəlxalq ehtiyatları bir həftə ərzində 2,6 milyard dollar azalıb
# 17 noyabr 2016 17:16 (UTC +04:00)

11 noyabr 2016-cı il tarixinə Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 393,1 milyard dollar təşkil edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, noyabrın 4-də bu göstərici 395,7 milyard dollar səviyyəsində olub. Beləliklə, həftə ərzində ehtiyatlar 2,6 milyard dollar azalıb.

Rusiyanın beynəlxalq (valyuta-qızıl) ehtiyatları Rusiya Bankının və hökumətinin ixtiyarında olan yüksək likvidli xarici aktivlərdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR