Göyçayda baş verən yol qəzasında bir nəfər ölüb

Göyçayda baş verən yol qəzasında bir nəfər ölüb
# 12 may 2018 11:49 (UTC +04:00)

Göyçayda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” markalı minik avtomobilinin “Shagman” yük avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR