Ötən il heyvanların mühafizəsi sahəsində 228 akt və 136 protokol tərtib olunub

Ötən il heyvanların mühafizəsi sahəsində 228 akt və 136 protokol tərtib olunub
# 30 yanvar 2017 12:19 (UTC +04:00)

2016-cı ildə heyvanların mühafizəsi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının apardığı araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 66 akt və 111 protokol tərtib olunub.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı 112 iş üzrə 123600 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyanla bağlı 93 iş üzrə 915,6 manat məbləğində iddia qaldırılıb və 673 iş üzrə 19738,19 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilən 23 işdən 9-na, icra qruplarına göndərilən 42 işdən 25-nə və məhkəmələrə göndərilən 10 işdən 3-nə baxılıb. Qalan işlər isə hazırda icraatdadır.

Balıq ehtiyatlarının mühafizəsi üzrə hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 162 akt və 25 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 2 müddətli “məcburi göstəriş” verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 2 iş üzrə 5700 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyanla bağlı 89 iş üzrə 40717 manat məbləğində iddia qaldırılıb. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 18 işdən 9-na və məhkəmələrə göndərilən 88 işdən 24-nə baxılaraq müvafiq tədbir görülüb. Qalan işlər isə hazırda icraatdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR