Ticarət festivalları dövründə vergi ödəyicilərinin qeydiyyatının aparılma qaydası təsdiqlənib

Ticarət festivalları dövründə vergi ödəyicilərinin qeydiyyatının aparılma qaydası təsdiqlənib
# 09 fevral 2017 10:03 (UTC +04:00)

Vergilər Nazirliyinin Kollegiyası ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydasını təsdiq edib.

Bu barədə “APA-Economics”ə Nazirlikdən məlumat verilib.

Sənədə əsasən, bu hüququ almaq üçün satıcı ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməli, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalı, nəzarət-kassa aparatına və işlək POS-terminala malik olmalı, vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi olmamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR