İnquşetiyada polisə hücum olub, ölən və yaralananlar var - YENİLƏNİB-1

İnquşetiyada polisə hücum olub, ölən və yaralananlar var - <span style="color: red;">YENİLƏNİB-1
# 05 noyabr 2017 18:53 (UTC +04:00)

İnquşetiyanın Nazran rayonunda Yol-Patrul Xidmətinin blok-postuna hücum edən iki silahlı məhv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı mülki şəxslər arasında zərərçəkən olmayıb. Silahlılarla qarşıdurmada iki polis əməkdaşı yaralanıb, biri həlak olub.

***

20:53

İnquşetiyanın Nazran rayonunda Yol-Patrul Xidmətinin blok-postuna hücumdan sonra antiterror əməliyyatı rejimi tətbiq edilib.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi bildirib.

Nazran rayonunun Yandare yaşayış məntəqəsində terrorçu-kamikadze özünü Yol-Patrul Xidmətinin blok-postunda partladıb. Hadisə nəticəsində üç polis əməkdaşı yaralanıb, onlardan biri xəstəxanada keçinib.

Son məlumatlara görə, blok-posta hücumda 4 nəfər iştirak edib. Onlardan biri özünü partladıb, daha biri polis tərəfindən məhv edilib. Hazırda daha iki silahlının zərərsizləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

***

20:18

Rusiyanın İnquşetiya Respublikasında terrorçu-kamikadze özünü Yol-Patrul Xidmətinin blok-postunda partladıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Nazran rayonunun Yandare yaşayış məntəqəsi yaxınlığında baş verib.

İnsident nəticəsində iki Yol-Patrul Xidmətinin əməkdaşı yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.

Məlumata əsasən, hadisədə əli olduğu güman edilən daha bir şəxs blok-postun yaxınlığında yerləşən fərdi evlərdən birində gizlənib. Hazırda onun saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR