Lənkəranda avtomobillə vurulan piyadalardan biri ölüb - YENİLƏNİB-1

Lənkəranda avtomobillə vurulan piyadalardan biri ölüb  - <span style="color: red;">YENİLƏNİB-1
# 15 oktyabr 2017 21:32 (UTC +04:00)

Lənkəranda avtomobillə vurulan piyadalardan biri ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, həkimlərin səylərinə baxmayaraq Boladi kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov Nihat Emil oğlu xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Digər yaralı Cəfərov Elvin Nadir oğlunun vəziyyəti qənaətbəxşdir.

***

20:16

Lənkəranda avtomobillə vurulan iki piyadanın şəxsiyyəti məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bunlar Boladi kənd sakinləri, 1999-cu il təvəllüdlü Cəfərov Elvin Nadir oğlu və 1996-cı il təvəllüdlü Hüseynov Nihat Emil oğludur.

Hadisəni törətmiş şəxs isə Boladı kənd sakini Nəsimi Musa oğludur. O, idarə etdiyi “QAZEL”markalı yük maşını ilə hər iki piyadanı vurub.

Faktla bağlı araşdırma aparılır.

***

19:48

Bu gün Lənkəranda minik avtomobil 2 piyadanı vurub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Boladi kəndi ərazisində qeydə alınıb.

Hələlik kimlikləri məlum olmayan 15-20 yaşlı iki gənc yolu keçmək istəyərkən onları avtomobil vurub. Dərhal yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan yaralılardan biri xəstəxananın reanimasiya şöbəsinə, digər yaralı isə travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR