Neftin İlkin Emalı (ELOU-AVT) qurğusunun keçmiş "Azərneftyağ" zavodunun ərazisindən Heydər Əliyev adına Neft Emalı zavoduna köçürülməsi 2020-ci ilin sonlarında yekunlaşacaq.
“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın Emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə köçürülmə başa çatdıqdan sonra qurğunun sazlanması və istismar olunmasına başlanacaq.
D. Məmmədov həmçinin qeyd edib ki, Heydər Əliyev adına neft emalı zavodunda Bitum qurğusunun tikintisi bu ilin sentyabr ayında başa çatacaq.