Səfir: “Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığı heç bir ölkəyə qarşı yönəlməyib”

Səfir: “Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığı heç bir ölkəyə qarşı yönəlməyib”
# 24 oktyabr 2017 18:10 (UTC +04:00)

“Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq heç bir ölkəyə qarşı yönəlməyib”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü deyib.

Səfirin sözlərinə görə, üç ölkə arasında bir çox sahələr üzrə uğurlu əməkdaşlıq mövcuddur.

“Bu yaxınlarda rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu böyük “İpək yolu”nun vacib tərkib hissəsidir. Bu dəmir yolu Ermənistanın təcrid olunmasına yönəlməyib. Gələcəkdə Ermənistanın qonşu Türkiyə və Azərbaycanla münasibətləri normallaşsa, o da Bakı-Tbilisi-Qars dəmir yolundan yararlana bilər”, - deyə Z.L. Gümrükçü söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR