İsraildə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralanan var

İsraildə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralanan var
# 08 avqust 2017 00:33 (UTC +04:00)

İsrail Hərbi-Hava Qüvvələrinə məxsus “Apache” helikopteri qəzaya uğrayıb.

APA-nın “İsraelmedia”ya istinadən verdiyi xəbərə görə, insident Negev səhrasında yerləşən hərbi bazada, təlim uçuşu zamanı baş verib.

Qəza nəticəsində helikopterin pilotu ölüb, ikinci pilot yaralanıb. Xəstəxanaya çatdırılan hərbçinin vəziyyəti ağırdır. İnsidentin səbəbləri araşdırılır.

Hadisə ilə əlaqədar “Apache” helikopterlərinin uçuşuna müvəqqəti qadağa qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR