Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edib

Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edib
# 18 oktyabr 2016 09:45 (UTC +04:00)

Bakı-APA. "Gələcək Qüvvələr Forumu 2016"da iştirak etmək üçün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının müdafiə naziri Martin Stropnitskinin dəvəti ilə Praqa şəhərinə səfərə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.

Tədbir çərçivəsində Z.Həsənov Çexiya Respublikasının müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR