Avropa İttifaqı Şurasının sədri: "Vətəndaş cəmiyyəti sabitlik və çiçəklənmənin əsasıdır”

Avropa İttifaqı Şurasının sədri: "Vətəndaş cəmiyyəti sabitlik və çiçəklənmənin əsasıdır”
# 22 iyul 2015 10:13 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. “Biz insan hüquqları və fundamental azadlıqlara xüsusi əhəmiyyət veririk. Avropa İttifaqı hesab edir ki, vətəndaş cəmiyyəti sabitlik və çiçəklənmənin əsasıdır”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

D. Tusk Azərbaycan prezidenti ilə insan hüquqlarının müdafiəçiləri ilə bağlı məsələni də müzakirə etdiyini qeyd edib: "Biz burada insan hüquqları müdafiəçiləri ilə bağlı məsələni müzakirə etdik. Bir sıra hallarla bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu bizim qarşılıqlı surətdə faydalı əməkdaşlığımıza xidmət edən məsələ ola bilər.”

Aİ prezidenti əlavə edib ki, bu istiqamətdə birgə addımlamaq tərəfdaşlıq maraqlarına uyğundur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR