Azərbaycanda baş verən yanğınlarda 200 ağac yanıb

Azərbaycanda baş verən yanğınlarda 200 ağac yanıb
# 08 sentyabr 2015 15:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Xaçmazda və Gəncədə 200 ağac yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu, Sərkərli kəndində 2 ha sahədə biçilmiş əkin sahəsi və yerli əhaliyə məxsus ərazidə 150 ədəd müxtəlif nov meyvə qələmi yanıb. Yaxınlıqdakı meyvə ağacları yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Gəncə şəhəri, Kəpəz rayonunda qeydə alınıb. 3 ha sahədə quru ot və 50 ədəd kiçik şam ağacı yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR