Avtomobillə vurulmuş Biləsuvar sakini xəstəxanada ölüb

Avtomobillə vurulmuş Biləsuvar sakini xəstəxanada ölüb
# 07 avqust 2015 08:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 29-da Biləsuvar şəhərində rayon sakini Cabir Hökməliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən həmyerlisi Fəridə Məmmədovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş F. Məmmədova orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR