Ağcabədidə 3 otaqlı ev yanıb

Ağcabədidə 3 otaqlı ev yanıb
# 05 aprel 2018 21:16 (UTC +04:00)

Ağcabədidə yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Hacıbədəlli kəndində ümumi sahəsi 130 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksilaları 70 m2 sahədə və içərisinə yığılmış 16 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR