Elmar Məmmədyarov Belçikaya işgüzar səfərə yola düşüb

Elmar Məmmədyarov Belçikaya işgüzar səfərə yola düşüb
# 13 may 2018 12:27 (UTC +04:00)

Bu gün Xarici işlər naziri Elmar Məmmədyarov mayın 14-də Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçiriləcək 3-cü beynəlxalq nazirlər konfransında iştirak etmək məqsədilə Brüsselə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-нa verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR