Bazara daxil olan pozitiv siqnallar nefti bahalaşdırır

Bazara daxil olan pozitiv siqnallar nefti bahalaşdırır
# 10 aprel 2017 08:05 (UTC +04:00)

Dünya birjalarında neftin bahalaşması davam edir.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar və ya 0,40% artaraq 52,45 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,18 dollar və ya 0,33% artaraq 55,42 dollar olub.

Ötən həftənin cümə günü "Baker Hughes" neft-servis şirkətinin açıqladığı məlumatlar göstərib ki, ABŞ-da neft buruqlarının sayı 10 ədəd artaraq 672-yə çatıb ki, bu da 2015-ci ilin avqust ayından etibarən maksimal göstəricidir.

Bunun ardınca Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç bəyan edib ki, rəsmi Moskva neft hasilatının azaldılması ilə bağlı razılaşmasının müddətinin uzadılmasını istisna etmir. Bu isə bazar iştirakçıları üçün pozitiv siqnal olub. Yeri gəlmişkən, A. Dvorkoviç qeyd edib ki, hasilatın azaldılması ilə bağlı razılaşmanın nəticələri "Rusiyanın gözləntilərindən daha zəif olub".

Rusiyanın energetika naziri Aleksandr Novak isə bildirib ki, bazarda artıq balans müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR