Zakir Qaralov ATƏT/DTİHB-nin müşahidə missiyasının rəhbəri ilə görüşüb

Zakir Qaralov ATƏT/DTİHB-nin müşahidə missiyasının rəhbəri ilə görüşüb
# 29 mart 2018 14:36 (UTC +04:00)

Baş prokuror Zakir Qaralov martın 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkədə seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan baş prokuror seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək, seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirə salınmadan araşdırılmasının təmin edilməsi məqsədi ilə İşçi qrupunun yaradıldığını xüsusi qeyd edib.

Öz növbəsində, Korin Yonker seçki müşahidə missiyasının fəaliyyəti və məqsədləri barədə məlumat verib, müşahidə missiyasının seçkiboyu Baş Prokurorluğun İşçi qrupu ilə əməkdaşlığına önəm verəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR