DİM-də TOEFL IBT və SAT imtahanları keçiriləcək

DİM-də TOEFL IBT və SAT imtahanları keçiriləcək
# 01 iyun 2018 12:19 (UTC +04:00)

İyunun 2-də Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında TOEFL IBT və SAT imtahanları təşkil olunacaq.

DİM-dən APA-ya verilən məlumata görə, TOEFL IBT imtahanı saat 09:00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:15-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

SAT imtahanında iştirak edəcək şəxslər isə saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR