Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının üzvlərinin sayı arta bilər

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının üzvlərinin sayı arta bilər
# 30 noyabr 2017 10:41 (UTC +04:00)

Türkiyənin İstanbul şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin VII toplantısı öz işinə başlayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, tədbirdə çıxış edən Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Şuraya üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Nazirin sözlərinə görə, 2014-cü ildə Şuraya üzv ölkələrin ümumi ixracının həcmi 279 mlrd. dollar olduğu halda, 2016-cı ildə bu rəqəm 27% azalaraq 206 mlrd. dollar təşkil edib. N.Zeybekçi ixracın həcminin azalma səbəbi kimi dünya bazarında neftin qiymətinin kəskin azalmasını göstərib.

Nazirin fikrincə, qarşılıqlı investisiyaların qorunması sahəsində Azərbaycan və Özbəkistan arasında imzalanan saziş Şuraya üzv ölkələrdə ümumi ixracın həcminin artmasına təsir edəcək.

Qurum rəhbəri bildirib ki, Türkiyə tərəfindən Şuraya üzv ölkələrə yatırılan ümumi investisiya həcmi təxminən 10 mlrd. dollardır.

N.Zeybekçi Özbəkistanın toplantıda iştirakından məmnunluğunu ifadə edib. Nazir bildirib ki, Özbəkistan və Türkmənistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına tamhüquqlu üzv olmasını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR