Şamaxıda 26 yaşlı qız dəm qazından zəhərlənib

Şamaxıda 26 yaşlı qız dəm qazından zəhərlənib
# 19 mart 2018 07:18 (UTC +04:00)

Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şəhriyar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Könül Həkimi yaşadığı evin hamamında dəm qazından zəhərlənib. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR